13 Oktyabr 2014 10:33
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sübut etsələr aktyorluğu buraxacam”

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ ötən həftə 5 günlük tətilə 50 min lirə (Təxminən 20 min AZN) xərclədiyi barədə çıxan xəbərlərə etiraz edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Tatlıtuğ “Twitter” hesabında yayılan xəbərlərə belə münasibət bildirib:

"Ötən həftə" bayram tətilində, 50 min lirəyə 5 günlük tətil etdiyimi, şam yeməyinə 10 min lira ödədiyimi, şampan içdiyimi söyləyərək, məni ağıldan kəm, laqeyd insan kimi göstərməyə çalışırlar. Mən bu gözəl ölkənin vətəndaşıyam ... Mənim "ötən həftə", yəni bayram tətilində harada qaldığım, nə etdiyim və nə qədər ödədiyim də məlumdur... Ayıbdır! Günahdır! ...

Əgər belə deyilsə, sübut etsinlər aktyorluğu buraxacağam”

Rüstəm


Müəllif:

Oxşar xəbərlər