Mətbuatda xalq artisti Miri Yusifin Türkiyəyə köçməsi haqda xəbər yayılıb.
Miri Yusifin prodüseri Emin Əfəndi Teleqraf.com-a açıqlamasında yayılan məlumatları təkzib edib: "Miri Yusif iki-üç ildir ki, Türkiyədən ev alıb. Hələ ki burada iş yoxdur. Hazırda Türkiyədə ailəsinin yanındadır və orada albom üzərində çalışır. Pandemiya bitdikdən sonra gələcək".
Qeyd edək ki, Miri Yusif Nərgiz Mirbabayeva ilə evlidir. Cütlüyün üç övladı var.