“Bizi “kostyumlu” dayday kimi görmək istəyənlər yetişdirdirdi. Müasir olmağa aparan yolda gəncliyimizi, rəngarəng kimliyimizi, arzularımızı və azadlığımızı dəfn etdik. Biz içimizdə romantik olaraq, kağızların içində boğulan ofis qurduna çevrildik, arzularımızı dollarlara qurban etdik”.
Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqramda bəstəkar-müğənni Murad Arif yazıb.
O, gənclərin müdafiəsinə qalxıb: “Biz özümüz də söz verib sözünü tutmayan əmilərə döndük. İşçilərimizin üstünə qışqıraraq, onları da özümüz kimi solğun, ütülü, rəngsiz, “kostyum”lu etmək istədik.
Şəhərdəki, instutlardakı, ofislərdəki gəncliyə baxın.
Onları biz yetişdirdik. Çünki bir çoxumuz inanır ki, həyatda əsas məqsəd pul qazanmaqdır. Özümüz sərbəst və rəngarəng yaşamağa cəsarətli olmadıq. “İşlə, pul qazan” düşüncəsi altında zaman su kimi axıb gedir.
Fərqindəyik. “Özümüz dəyişmədik, heç nəyi dəyişdirə bilmədik. Gənclərdə də alınmasın!” deyirik. Arzularını düşün, xoşbəxt olduğun peşəni seç, istədiyin et deyə bilmirik. Və son nəfəsimizdə belə ağlımızda bir söz var, “Get iş tap, işlə...”