2 Sentyabr 2020 17:44
5 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zaur Kamal fəaliyyətini Xəzər televiziyasında davam etdirəcək.

Bu barədə Teleqraf.com-a açıqlamasında 5/5 verilişinin prodüseri Əhməd məlumat verib.

Onun sözlərinə görə, Zaur Kamal Dalağ TV-də yox, Xəzər TV-də veriliş aparacaq: “Yeni layihə üzərində işləyirik. Zaur Kamal yeni mövsümdə efirə çıxacaq. Amma verilişin adı və formatı haqda açıqlama verə bilmərik”.

Xatırladaq ki, Zaur Kamalın Dalğa TV-də fəaliyyət göstərəcəyi haqda xəbər yayılmışdı.

Qeyd edək ki, Zaur Kamal Xəzər TV-də yayımlanan “5/5” və “Ay Zaur” verilişinin aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova