Müğənni Aytac Vidadi qızı təzyiqə məruz qalıb.
Bu barədə Teleqraf.com açıqlamasında müğənni məlumat verib. Onun sözlərinə görə, qadın müğənnilərdən biri neçə gündür sosial şəbəkələr vasitəsilə ona qarşı kampaniyaya başlayıb:
“Bu söz-söhbətlər axır vaxtlar əhvalımı korlayıb. Şəxsi İnstaqram səhifəmdə şəkil paylaşmağa peşman oluram. O dəqiqə “Səndən gözləməzdik”, “Belə olmamalı idi”, “Atanın qəbrini ziyarət etmirsən” və s. kimi şərhlər yazırlar. Belə qıcıq yaradan şərhlər mənə təsir edir. Əvvəla mən atamın ifaçı kimi yolunu davam etdirirəm. İkincisi, sənətdə onun adına xələl gətirəcək, utanverici heç nə etməmişəm. Üçüncüsü, ata itkisini mən yaşamışam, onlar yox. Onlar yəqin şou-biznesdə soyunmaqla, əməliyyat etdirməklə gündəmə gələnlərlə məni səhv salırlar. Atamdan sonra ailəmizin yükü mənim üstümdədir. Heç kim soruşmur ki, Vidadi Bərdəlinin ailəsi necə dolanır, necə yaşayır. Bütün bunlar sifarişlidir. Mən bu söz-söhbəti yayan insanın kimliyini artıq öyrənmişəm. Bircə kəlmə deyə bilərəm ki, o qadın ifaçısıdır və əməkdar artistdir. Ayıb olsun ona, qızı yaşındayam, mənimlə mübarizə aparır. Əgər İnstaqramda şərhlər davam etsə, o qadının açını çəkəcəyəm”.
Pərvin