Türkiyəli məşhur aktrisa Nebahat Çehre karantin günlərində azərbaycanlı dizayner Rüfət İsmayıl ilə bilikdə kolleksiya hazırlayıb.
Teleqraf.com xəbər verir ki, aktrisa 52 geyimdən ibarət kolleksiyanı təqdim etmək üçün Beykoz Kundura Fabrikasında kamera qarşısına keçib.
12 saatlıq çəkiliş zamanı aktrisaya koronavirusdan qorunmaq üçün özəl dezinfeksiya edilən karavan kirayə edilib.
Aktrisa “Çox həyəcanlı bir gündür. Vaxt necə keçdi, anlamadım. 10 geyim dəyişdim, amma heç yorulmadım. Böyük zövq aldım. Bu kolleksiya daim şıq, cazibədar və zərif görünmək istəyən qadınlar üçündür”, - deyə qeyd edib.
Fotoların müəllifi Emrah Esendir.
Qeyd edək ki, kolleksiya sentyabrın 18-də satışa çıxarılacaq.