"Məni öz adınla çağır" filminin qəhrəmanı Armi Hammer yeni sevgilisi ilə gəzintidə olarkən görüntülənib.
Teleqraf.com xəbər verir ki, onun yanındakı xanımın Rumer Uills olduğu görülüb.
Rumer Demi Mur və Bryus Uillisin qızıdır. Cütlük Los-Anceles küçələrində qucaqlaşa-qucaqlaşa dolaşıb. Jurnalistlər onlara bunla bağlı sual ünvanlamaq istəsə də, sevgililər cavab verməyib.
İyulda 34 yaşlı Hammer 10 illik həyat yoldaşı Elizabet Çemberlə boşanmağa hazırlaşdığını açıqlamışdı.