“Aktyor və aktrisa olmaq istəyənlərə demək istəyirəm ki, öz üzərinizdə işləyin. Tək xarici görünüş və tanışlıqla olmur. Kurslara dərslərə gedə bilmirsiz!”
Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqramda aktrisa Sevinc Əliyeva yazıb.
O, aktrisları tənqid edib: “Yutubda “master klass” da var. Nə olar, səhər oyanıb, aktrisa olmaq istəyirəm deyib, gəlməyin. Çox monotonsuz. Səsin çalarları ilə oynamağı öyrənin. Tərəf-müqabilin sözünü eşitməyi öyrənin. "Onun sözü bitsin, tez mən" deyim deyil. Sözləri əzbərləmək yox, mənimsəmək lazımdır.
Ən əsası "mən niyə burdayam və mən kiməm, nəçiyəm" suallarına cavab verə bilsəniz obrazınız tamamlanacaq. Ən azından bunlardan başlasınız, sünilikdən uzaq olarsınız”.