Azad Azərbaycan Televiziyasında yayımlanan “ATV Xəbər” proqramının aparıcısı Lalə Azərtaş Xəzər TV-də fəaliyyət göstərəcəyi xəbərinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Lalə Azərtaş İnstaqramda video paylaşaraq bu sözləri deyib: “18 ildir ATV-də xəbər aparıcısı kimi formalaşmışam. ATV doğma evimdir. Uzun illər xəbərlərlə evinizin qonağı olmuşam.
Bu o demək deyil ki, 18 il də ATV-də işləyəcəm... Bir gün buradan gedə bilərəm. ATV-dən gedən zaman bu haqda ATV rəhbərliyinə xəbər verəcəm. Xəzər Televiziyasının rəhbəri, xalqın sevimlisi Murad Dadaşovdur. O, Xəzər Televiziyasına rəhbər seçilən zaman zəng vurub təbrik etdim. Murad Dadaşov televiziyanın ən xırda incəliklərini bilən adamdır. Ona görə də "Xəzər"ə getməyəcəm deyə bir şey yoxdur. Murad Dadaşovla dost olduğum üçün təkliflər var. Bu, mümkündür. Amma mənim cavabım bu gün üçündür.
Mən bu gün 20:30-da “ATV Xəbər”də hər birinizi gözləyirəm”.
Qeyd edək ki, Lalə Azərtaşın Xəzər Televiziyasında fəaliyyət göstərəcəyi haqda xəbər yayılıb.