Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə paylaşımı ilə təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, o, həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovla mətbəxdə birlikdə yemək hazırlayarkən çəkilən görüntüləri İnstaqramda paylaşıb.
Müğənni paylaşıma bu sözləri yazıb: "Ərlə arvadın xəmiri bir yerdən götürülüb. Bəzi qadınlar var ki, başqasının bədbəxtliyinə razı olub, özünə xoşbəxtlik qurmağa çalışır. Amma etməyin, günahdır. Hansısa qadının göz yaşı olan yerdə xoşbəxtlik mümkün deyil. Başqasının olan başqasınındır, tez-gec gedəcək. Onun üçün dəyməz. Nəyiniz varsa, özünüzün olsun. Kiminsə ərindən ər olmaz. Bütün qadınlar xoşbəxt olmağa layiqdir".
Müğənninin həyat yoldaşının ona kömək etməsi şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Sözügedən fotoları təqdim edirik:
Qeyd edək ki, Rəqsanə İsmayılovanın Fazil Əmiraslanovla nikahından əkiz övladları var.