10 Sentyabr 2020 17:52
3 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elçin Cəfərov "10-da görüşək" verilişində ailəsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Elçin Cəfərov həyat yoldaşı Aydanla münasibətindən danışarkən bu sözləri deyib: “Qısqanclıq olmadan mümkün deyil. Biz azərbaycanlıyıq və özümüzə görə qanunlarımız var. Bəzi hallarda qısqanclıq olub, amma davaya gətirəcək dərəcədə yox”.

Müğənni aparıcının “Ailənin uzun müddət davam etməsinin sirri nədir?” sualına isə “Ailə qurmazdan öncə bilməlisən ki, sona qədər bu insanla yaşayacaqsan. Ailədə dava-dalaş, söz-söhbət də olur” - deyə, cavab verib.

Qeyd edək ki, Elçin Cəfərovun həyat yoldaşı Aydan Tənzilə Rüstəmxanlı və xalq şairi Sabir Rüstəmxanlının qızıdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər