Türkiyədə yaşayan müğənni İradə İbrahimova oğlu Əlinin beş yaşını qeyd edib.
Teleqraf.com xəbər verir ki, müğənni İnstaqramda foto paylaşaraq oğlunu təbrik edib: “Qızımdan 5 il sonra gəldi, gəlişi böyük bir sürpriz oldu.Verilişlərdən birində 20 sm dikdabandan sürüşüb, düşərkən belə yanımdaymış, Əli. Mənim aslan oğlum, bərk-bərk tutunub, qopmamağa çalışıb. Qopmamağa qoymayana şükürlər olsun.
Düzdür, arada qan uddurur, amma ondan çox şey öyrənirəm. Uşaqlarım mənim müəllimimdi. Uşaqlığlımda oynadığım oyun və oyuncaqları ona öyrədib, birlikdə maşın sürüb, qarajlar tikib, hətta tanımadığım maşın marka və modellərini onunla bərabər öyrənirəm.
Oğlunun həyatındakı ilk qadın olduğu halda o böyüdükcə başqalarının da olacağını bilib və o günlərin xəyallarını qurmaq çox gözəldir. Üstəlik həyat yoldaşımdan başqa heç bir kişini sevməyəcəyimi düşünərkən, gəlişiylə tam tərsini sübut etdi. Məncə oğul anası olmaq, içindəki kişini kəşf etmək deməkdir”.
Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. Cütlüyün iki övladı var.