Türkiyənin ən çox dinlənilən radiolarından olan Kral FM-də müğənni Rəsul Əfəndiyevin yaradıcılığı müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, məşhur DJ Ali Şentürk (Afrikalı Ali) müğənninin yeni təqdim etdiyi “40 gün uzağı” layihəsi barədə danışıb.
O, sənətçinin sözügedən bəstəsini Türkiyədə ilk dəfə Kral FM-də səsləndirib və bütün Azərbaycan xalqına salam göndərib.
Qeyd edək ki, musiqisi Şəhriyar Nağıyevə, sözləri Orxan Əhmədiyə məxsus mahnını rejissor Cavid Oruclu ekranlaşdırıb.
Rəsul Əfəndiyev xalq artisti Aygün Kazımova ilə “Dola mənə qolunu” mahnısı dueti ilə məşhurlaşıb.