Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulması haqqında yayılan xəbərlərə münasibət bildirib.
Nisə Qasımova Teleqraf.com-a açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: "Hər şey yaxşıdır və Allaha çox inanıram. Səhhətim yaxşıdır və heç nə yoxdur".
Xalq artisti yaxın günlərdə geniş müsahibə verəcəyini bildirib.
Qeyd edək ki, bu haqda ilk xəbəri Mediapost.az saytı yayıb. Nisə Qasımovanın bir müddət əvvəl Milli Onkologiya Mərkəzinin Mamologiya şöbəsində süd vəzisi xərçəngindən əməliyyat olunduğu qeyd edilib.