14 Oktyabr 2014 10:27
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün İsmayılova “O səs Türkiyə” müsabiqəsinə qatılıb.

Teleqraf.com xəbər verir ki, “Besame Muço” mahnısını oxuyan ifaçı səsi ilə münsifləri heyran qoyub. Münsiflərdən müğənni Ebru Gündeş və Hadisə də A.İsmayılovanı qruplarında görmək istədiklərini desələr də sənətçi Mazhar və Özkanın təklifini qəbul edərək onları seçib. Aygünə dəstək üçün gələnlər arasında sənətçinin həyat yoldaşı da yer alıb.

Qeyd edək ki, Aygün türkiyəli iş adamı Haluk Miyakla ailə qurub. Cütlüyün bu yaxınlarda qızı dünyaya gəlib. Onlar qızlarına Miray adını qoyub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər