Müğənni Damlanın prodüseri Şamillə ikinci dəfə ailə həyatı qurması haqda məlumat yayılıb.
İfaçının meneceri Şəhriyar Abışov Teleqraf.com-a açıqlamasında yayılan xəbəri təkzib edib: "Elə şey olar? Yalan məlumatdır. Damla və Şamil hər ikisi işlə bağlı İstanbula gediblər. Sevgili deyillər, Şamil evlidir".
Qeyd edək ki, bu haqda ilk məlumatı mediapost.az saytı yayıb. Buna səbəb sosial şəbəkədə Damla Şamilin fotolarının yayılması olub.