Türkiyəli aktrisa Tuba Büyüküstan “Emmy” mükafatına namizadlər siyahısına düşüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ xaricində yayımlanan televiziya layihələrinə verilən "Emmy" beynəlxalq mükafatı bu il 42-ci dəfə keçiriləcək.
"20 dəqiqə"nin baş rol ifaçısı, aktrisa Tuba Büyüküstün mükafatlandırmada "Ən yaxşı qadın aktrisa" nominasiyasına namizəd olub. O, Olivie Kolman, Romina Qaetani, Bianka Krijgsman kimi məşhurlarla yarışacaq.
Mükafatlar 24 noyabrda Nyu-Yorkda baş tutacaq gecədə sahiblərinə veriləcək.
Rüstəm