Türkiyənin məşhur müğənnisi Demet Akalın qonşularından şikayət edib.
Teleqraf.com xəbər verir ki, Demet Akalın Daxili İşlər Nazirliyinə səslənib.
O, qonşularının parti təşkil etməsindən narahat olduğunu açıqlayıb:
“Yenə də Beykoz Köşklərində musiqi səsi... Klubları bağladınız, amma onlar evi gecə klubuna çeviriblər. Vəziyyət həqiqətən pisdir”.