Məşhur aktrisa Penelopa Kruz "Dünyanın ən seksual qadını - 2014" sorğusunda qalib olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Esquire" jurnalının keçirdiyi sorğuda qalib gələn aktrisa, rejissor, iki uşaq anası Penelope Kruz açıq-saçıq fotolar da çəkdirib.
“Eksperimentləri sevirəm. Gəncliyimdə də belə idim. Dramatik obrazları daha çox bəyənirəm. İncəsənəti hiss edən insanlar qəlbinin qaranlıq küncündə gizlənən arzularını reallaşdırmağa çalışırlar. İndi mənim üçün kinoda ən cəlbedici, heyranedici, sirli amil - plandır" deyib.
Aktrisa şəxsi həyatı ilə bağlı sualları cavabsız qoyub:
"Bütün bu məsələlər mən və həyat yoldaşım Havyer arasındadır" söyləyib.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm