14 Oktyabr 2014 12:54
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun ən gözəl aktrisalarından sayılan Meqan Foks maraqlı açıqlamalar verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa “Cosmopolitan” jurnalına şəxsi həyatı ilə bağlı danışıb. O, uzun müddətli bir münasibətə sahib olmaq uçun nələrin lazım olduğunu söyləyib.

“Səni ən pis göründüyün zamanda belə sevəcək biri ilə olmalısan. Çünki 7 gün , 24 saat aktrisa kimi ola bilməzsən. Brayn ilə birlikdə olan zaman çətin dövrlərdən keçdik və hələ də bir-birimizi çox sevirik. “Heç bir zaman boşanmayacağıq” kimi böyük sözlər demək istəmirəm, amma pis bir ssenari ilə qarşılaşacağımızı güman etmirəm”.

Aktrisa bu günə kimi “dəlicəsinə sevişdiyiniz yer haradır” sualına da cavab verib.

“Mən özümü tanıyandan Brayn məşhur biridir. Buna görə həmişə diqqətlidir. Oteldə olanda belə pərdələri möhkəm-möhkəm bağladığımı dəfələrlə yoxlayıram. Istəmir bunu görə problem yaransın. Ona görə elə bir yer yoxdur”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər