22 Sentyabr 16:50
1 170

Əməkdar artist Nailə İslamzadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nailə İslamzadə ölkəmizdə rus məktəblərinin bağlanmasına qarşı çıxıb: "Son zamanlar rus məktəbləri bağlansın, rus dilində danışılmasın deyənlərə... Nə qədər özümüz deyib, özümüz eşitməliyik, Azərbaycan həqiqətlərini həm rus, həm də başqa dillərdə dünyaya kim çatdırsın?

Rus dilinə meyillilik Azərbaycan dilinə mane ola bilməz. Ona qalsa, ingilis dilinə meyil daha çoxdur. Bunu siyasiləşdirmək, Rusiyanın imperialist mövqeyi ilə əlaqələndirmək olmaz. Əgər imperiya məsələsi olsa, ingilisdən böyük imperialist yoxdur".


Müəllif: Rəqsanə Həsənova