14 Oktyabr 2014 20:33
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova illər sonra doğma Bakıya üz tutub.

Teleqraf.com-un verdiyi məlumata görə, həmyerlimiz İçərişəhərin küçələrini gəzib, türk dostları üçün hədiyyələr alıb. Model Bakı barədə təəssüratlarını belə ifa edib:

“Çox qısa müddət ərzində Bakı fantastik dərəcədə dəyişib. Şəhər çox gözəl, müasir olub, çox dəyişib. Mənim üçün Şərqlə və Qərbin birləşdiyi şəhərimnən gözəli yoxdur. Hər il Bakım bir başqa don alır”,

Qeyd edək ki, Könül Əzizova 2010-cu ildə Azərbaycanı Türkiyədə keçirilən və TRT 1 və TRT Avaz-da yayımlanan “Cehiz-şou”-da iştirak edib. Həmçinin model “Beni Böyle Sev” serialında rol alıb. “Evos angels” dərgisi onu ayın gözəli seçib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər