Bir müddətdir internetdə yayılan çılpaq fotoları ilə gündəmdə olan gənc aktrisa Cennifer Lourens baş rollarını Bredli Kuper ilə paylaşdığı “Serena” adlı filmin təqdimat mərasiminə qatılıb.
Teleqraf.com “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisa geyindiyi paltarla təqdimata damğasını vurub. Oskar mükafatlı 24 yaşlı Lourens gecəyə smokinqə bənzəyən paltarla qatılıb. Gənc aktrisanın sinə dekoltesi diqqət çəkib.
“Serena” filmi 1929-ci ildə ABŞ-da baş verən iqtisadi böhran səbəbindən şəhərə köçən Serena və Corc adlı cütlüyün hekayəsindən bəhs edir.
Rüstəm