Azərbaycanlı ifaçılar Türkiyənin populyar “O səs Türkiyə” yarışmasında fırtına qoparıblar.
Tabloid.az “Tv8” kanalına istinadən xəbər verir ki, yarışmaya Azərbaycandan qatılan və Orxan Gəncəbayın “Gitti de gitti” mahnısını səsləndirən İsmayıl Quliyevin ifası münsiflər arasında qalmaqala səbəb olub.
Münsiflər heyətinin üzvü Gökhanın ciddi-cəhdlə İsmayılı öz komandasına götürmək israrı digər münsiflərin narazılığına səbəb olub.
Uzun müddət İsmayılı “bölüşdürə” bilməyən münsiflərin bu qovğasına azərbaycanlı iştirakçının özü son qoyub.
İsmayıl yarışmaya qatılarkən daha əvvəldən Gökhanı seçdiyini deyərək, onun komandasına keçib.
Digər iştirakçı Tofiq Quliyevin “Yalqızam, yalqız” bəstəsini səsləndirən Tamara Muradova isə Məzhər və Özkanın komandasında yarışacaq.
“Məhəbbət bağı” mahnısını oxuyan İbrahim Əlizadə adlı həmyerlimiz isə növbəti mərhələyə keçə bilməyib.
Xəbər verdiyimiz kimi, azərbaycanlı müğənni Aygün İsmayılova Miyak da yarışmaya qatılmışdı. O, münsiflərdən Mazhar Alanson və Özkan Uğurun komandasında iştirak etməyi seçmişdi.