29 Sentyabr 2020 13:31
1 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur televziya aparıcısı Müge Anlı Azərbaycana dəstəyini nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, Müge Anlı qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu açıqlayıb:

“Haqlı hücumlarınızda millət və dövlət olaraq sizin yanınızdayıq. 2020-ci ildir. Sizə edilən heç bir hücumu qəbul etmirik. Mən şəxsi fikrimi deyim, Azərbaycana edilən hücumu ölkəmə edilən hücumdan ayrı tutmadım və tutmayacam da. Milləti bu düşüncədə olanın, dövləti də bu düşüncədədir. Yanınızdayıq, şəhidlərinizə Allah rəhmət etsin.

Millətimiz adına yaralı əsgərlərimizə sağlıq diləyirik. Azərbaycanlı qardaşlarımız üzülməsinlər. Haqlı davalarında da yalnız Türkiyənin deyil, bütün ölkənin dəstəyini gözləyirəm.

Mən Azərbaycana getmişdim, özümü öz vətənimdə hiss etdiyim yeganə ölkədir. Eyni dili danışırıq, ortaq mədəniyyətə malikik, eyni yeməyi yeyirik. Fərqli ölkələrdə yaşayan eyni millətik. Arxanızdayıq və qardaşlarımıza sevgi, hörmətimizi göndəririk.

Azərbaycan ordusuna qələbə arzulayıram. Allah bizim ordumuz kimi Azərbaycan ordusunu da havada, suda qorusun, inşallah. Dualarımız, gözəl hisslərimiz sizinlə bərabərdir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər