29 Sentyabr 2020 17:18
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Hülya Koçyiğit Azərbaycana dəstəyini nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, Hülya Koçyiğit dünya dövlətlərini də Azərbaycana dəstək olmağa səsləyib: “Həqiqətən ürəyimiz parçalandı. Azərbaycana edilən hücumu Türkiyəyə hücum kimi qəbul etdim. Biz iki dövlət, bir millətik. Baş verənlərin arxasında kimlərin durduğunu, Rusiyanı, Fransa və hətta Amerikanı görürük. Beynəlxalq ictimaiyyətin səssizliyini və onların ziddiyyətli olduğunu görürük.

Türkiyə isə lazım olan münasibəti göstərdi, əlbəttə ki, Azərbaycanın yanında olmalı və onu var gücü ilə dəstəkləməlidir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər