30 Sentyabr 2020 18:28
6 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişi sosial şəbəkələrdə tənqid edilib. Buna səbəb cəbhə bölgəsində baş verən hadisələr ərəfəsində efirdə Maya adlı xanıma Xəyal adlı bəyin elçi düşməsi haqqında müzakirələr olub.

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Teleqraf.com-a açıqlamasında məsələyə münasibət bildirib:

“Biz efirdə 24 saaat qaçan sətir xəbərləri, hətta ölkədə baş verən, keçirilən bütün mətbuat konfransları, birifinqlər canlı olaraq efirimizdə yayımlayırıq. Xəbərlər mütəmadi olaraq hər saatda canlı yayımda efirdə yayımlanır.

Hər saat hadisələrin gedişi ilə bağlı xəbərlər efirə gedir. Sosial şəbəkələrimizdə belə şəkildə mövcud vəziyyətlə bağlı operativ məlumatlar paylaşılır. Efirə gedən digər verlişlərdə də istər qaçan sətirlər olsun, istərsə də aparıcıların şifahi məlumatları ilə çıxan ən son xəbərlərlər tamaşaçılara çatdırılır.

Müdafiə Nazirliyin açıqladığı hər bir rəsmi məlumat və görüntülər efirimiz və sosial şəbəkələrimiz vasitəsiilə tamaşaçılarımıza və izləyicilərimizə təqdim edilir”.

Qeyd edək ki, verilişin aparıcısı Elgiz Əkbər və Pərvanə Tahirqızıdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər