3 Oktyabr 2020 15:31
3 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

"28 il bundan öncə... O gün gözlərimin yaşı da qurumuşdu. Heç nə düşünə bilmirdim. Bircə bu yadımda idi. Qanları batmasın, torpaq tapdaq altında qalmasın. O gün, bu gün məqsədim ömrümü Azərbaycan həqiqətlərini musiqinin dili ilə dünyaya çatdırmaq idi.

Yoxsa özümü bağışlamazdım".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı Xalid Quliyev haqqında danışarkən deyib.

O, sosial şəbəkədə bu sözləri yazıb:

"Onun ruhuna söz vermişdim ki, heç kimdən, heç nədən qorxmayacam, bu yoldan dönməyəcəm. Xalid Quliyev qəhrəmancasına şəhid olub. Ən qanlı döyüşlərdə sücaətlər göstərib.
Ağdamın, Kəngərli, Naxcıvanik, Pircamallı, Şelli, Manikli, ən yüksək dağlardan Fərrux dağlarına və digərlərinə Azərbaycan bayrağını sancıb. Yüzlərlə düşmən məhv edib. Ağdərənin yeddi kəndinin düşməndən azad edilməsində 99 faiz məhz onun əzmkar döyüş sücaəti sayəsində olub.
Sonuncu sücaəti üç əsgərimizi erməni mühasirəsindən azad edib qayıdarkən minaya düşüb, üstümə parça-parça gəlməsi olmuşdu. Bu gün Azərbaycan ordusu düşmənə öz həddini bildirir və bu hələ son deyil. İnşallah Laçına, Şuşaya, Kəlbəcərə, Qubadlıya və bütün Qarabağa Azərbaycan bayrağı sancılacaq.
Dövlətimiz elə bir güc yiyəsidir ki, onun qarşısını heç nə ala bilməz. Düşmənin təslim olmaqdan başqa çarəsi yoxdur! Bayrağımız Qarabağa sancılsın, qurban demişəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər