“Qalatasaray” futbol klubunun hollandiyalı futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau filmə çəkiləcək.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, model və aktrisa olan Yolante İstanbulda lentə alınacaq “Polis Akademiyası Alaturka” adlı filmində şoumen Məhməd Əli Ərbillə birlikdə baş rolda oynayacaq.
Gözəl aktrisa bu barədə ötən gün “Twitter” hesabında yazıb:
“Yeni bir türk filminə çəkilirəm. Həyəcanlıyam”.
Qeyd edək ki, futbolçunun xanımı adıçəkilən filmdə kikboks müəllimi obrazını canlandıracaq.
Rüstəm