Xalq artisti Flora Kərimova Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Flora xanım, cəbhədə baş verən hadisələri necə dəyərləndirirsiniz? Əsgərlərimizə, şəhid ailələrimizə nə demək istəyərsiniz?
- Əsgərlərimiz haqqında bir söz deməyə şəhid analarının göz yaşlarından utanıram. Əhsən olsun əsgərlərimizə! Qəhrəman oğullarımız Vətən üçün qan tökür. Ömür boyu əsgərlərimizə borcluyuq. Hər birinin evinin nökəri olaram.
Mən əsgərlərimizə, şəhid analarına daha nə deyim? Övladlarımız canlarını Vətənə, millətə halal etsinlər. Vətən oğulları böyük şücaət göstərirlər. Oğul, çox sağ olun. Yanılmıramsa, millət vəkili Fazil Mustafa belə bir təklif vermişdi və inanıram ki, millət bu təklifi dəstəkləyər: “İnşallah, torpaqlarımız qayıdandan sonra dövlət başçımız “Millət qəhrəmanı” adını daşımağa layiqdir”.
Dövlət başçımız düzgün siyasət yürüdür, düzgün münasibətlər qurur. Bu adam doğulandan siyasətçidir, bu torpağın övladıdır. Ona görə maksimum əlindən gələni uğurla edir. O, bu millətin əsl oğludur..
- Siz müğənnisiniz. İşğaldan azad edilmiş ərazilərimizdə hansı mahnınızı səsləndirmək istəyərsiniz?
- Ermənilər o qədər harınlamışdılar ki, Ermənistandan Cəbrayıl rayonuna yol açıb, Kəlbəcərin İstuyunda çimib, kabab çəkirdilər. Bu görüntüləri isə bizə acıq verə-verə sosial şəbəkələrdə paylaşırdılar. İnşallah, digər rayonlarımız da azad olunacaq. Azad edilmiş şəhərlərimizdə Cavanşir Quliyevin “Darıxıram sənin üçün, Şuşam mənim" mahnısını indi "Darıxırdım sənin üçün, Şuşam mənim” deyə səsləndirəcəm.
Qələbəyə o qədər planlarım var ki... İnşallah, ayaqlarımızı o torpaqlara qoyanda arzuma çatacam (kövrəlir).
- Ermənilər mülki əhaliyə hücum edirlər, Gəncəyə, Bərdəyə,Tərtərə, Ağcabədiyə raket atırlar... Bu haqda nə deyə bilərsiniz?
- Bu vəhşiliklə başımızı qatıb, yolumuzu Xankəndinə, Şuşaya kəsmək istəyirlər. Müharibənin belə bir qanunu var: "Dinc əhaliyə dəyməmək". Düşünməmiş elədikləri qələt siyasi cəhətdən onlara nə qədər ziyan gətirəcək... Paşinyanın “Biz haqlıyıq və qələbə çalacağıq” sözünü erməni anası ona bağışlamayacaq. Onun sonu anaların ahından parça-parça olmaqdır.
Hətta xaricdə pul tökən diaspor cəmiyyətləri Paşinyanın bu məğlub olunmuş cəfəngiyatına göz yummayacaq.
O, xəstədir, şizofreniyadır. Bu sağalmaz xəstəliyin nəticəsi erməni xalqını faciəyə gətirəcək. Təbabətdə bir xəstəlik də var, narsizm - özünə xəstə dərəcədə vurğunluq. Bu da Paşinyanın siyasi mülahizələrində büruzə verir. Nikolun siyasi taleyinin sonu ya həbsxana, ya da dəlixanadır. Allah o millətin taleyini gətirməyib.
Həmişə demişəm, yaradan sevmədiyi insanı ona verdiyi dözülməz xasiyyəti ilə cəzalandırır. Erməni millətini yaradan ağılsızlığı, özünə vurğunluğu ilə, hər millətdən nəyisə oğurlayıb, bir millət kimi “varam” deyib, sağalmaz azarı ilə cəzalandırdı.