9 Oktyabr 2020 16:41
5 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nərgiz Cəlilova Rusiyanın xalq artisti Filip Kirkorova ermənilərə maddi dəstək olan atasına görə etirazını bildirib.

Teleqraf.com xəbər verir ki, Nərgiz Cəlilova İnstaqramın hekayə bölümündə Filip Kirkorovun adını işarələyərək “Qarabağ Azərbaycandır. Sənin ayağın daha buraya dəyməsin!”, - deyə qeyd edib.

Xatırladaq ki, Filip Kirkorovun atası Bedros Kirkorov erməni diasporu ilə birlikdə Dağlıq Qarabağdakı münaqişə ilə bağlı Ermənistana yardım məqsədilə böyük məbləğdə pul toplayıb.


Müəllif: Rəqsanə Həsənova