Müğənni Nadir Qafarzadə Baş Prokurorluğa çağırılmasından danışıb.
Müğənni Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Sosial şəbəkədə cəmi iki paylaşımım var idi, onlardan biri video, biri isə şəkil idi.
Roza Zərgərli ilə hərbi hissəyə getmişdik. Oradan paylaşım etmişdik. Mən bir az sentimental insanam.
Baş Prokurorluğa çağırdılar, mənimlə hörmətlə, diqqətlə davrandılar. Hətta məni Baş Prokurorluğun yüksək çinli məmuru qarşıladı. Otaqda söhbət etdik, diqqətli olmağı tövsiyə etdilər. Sənətimizlə diqqət mərkəzində olduğumuzu xatırlatdılar.
Mənim İnstaqramda izləyicilərim çoxdur. İndi elə bir zamandır ki, hər birimiz diqqətli olmalıyıq".