Məşhur aparıcı Murad Arif ermənilərin Gəncədə törətdikləri qətliamdan yazıb.
Teleqraf.com xəbər verir ki, Murad Arif sosial şəbəkədə bu sözləri qeyd edib:
"Bzim qədər kövrək və sentimental xalq yoxdur. Ürəyimiz partlayır, gözümüzdən yaş axır. Körpələrimizin şəkilləri canımızı ağrıdır! Kim əsl azərbaycanlıdırsa, bilir ki, biz erməni uşaqlarını öldürməyəcək bir xalqıq! Nə qədər ağır olduğunu, dişimi bərk-bərk sıxıb bu cümlələri yazarkən də, iliyimə qədər hiss edirəm. İçimdə təlatüm var!
Amma, düşünün ki, missiyamız çox böyükdür, miqyaslıdır! Heç bir şəhərimiz, heç bir kəndimiz, heç birimiz erməni terrorurndan sığortalanmamışıq!
Terrorun qaydası, vaxtı, məkanı, rəhmi, şərəfi olmur! Biz yalnız torpaq uğrunda deyil, həm də terrora qarşı vuruşuruq!".