Türkiyəli məşhur aktyor Kənan İmirzalıoğlu Azərbaycana dəstək olub.
Teleqraf.com xəbər verir ki, Kənan İmirzalıoğlu Türkiyənin ATV kanalında yayımlanan “Kim milyonçu olmaq istəyir?" verilişində Qarabağa aid sual ünvanlayıb. O, verilişin iştirakçısına “Ermənistanın işğalı altında olan, Azərbaycana aid tarixi və coğrafi bölgənin adı nədir?” sualı ilə müraciət edib.
Aktyor daha sonra Tvitterdə Azərbaycana dəstək paylaşımları ilə diqqət çəkir.
Sözügedən fotoları təqdim edirik: