Tanınmış amerikalı müğənni Kristina Aqilera qızını dünyaya gətirdikdən sonra yenidən işinin başına qayıdıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı ifaçı yenidən NBC televiziya kanalında yayımlanan “Səs” musiqi yarışmasındakı münsif kürsüsünə əyləşib. O, artıq 4-cü mövsümüdür müsabiqədə iştirak edir. Kristina hamiləliyi dövründə münsif kürsüsündəki yerini Qven Stefana və Şakiraya vermişdi.
Qeyd edək ki, Aqilera Metyu Rattlerlə ailəlidir.
Rüstəm