Rusiyanın məşhur model və televiziya aparıcısı Viktoriya Lopıryeva Azərbaycana dəstəyini nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, Viktoriya Lopıryeva “Nargis magazine” jurnalının İnstaqram səhifəsində bu sözləri qeyd edib:
“Bakı adını eşidəndə gülümsəyirəm. Çünki ilk olaraq heyrətamiz səmimiyyəti və qonaqpərvərliyi xatırlayıram, cənub istiliyini hiss edirəm, musiqi və dalğaların səsini eşidirəm, insanların gözəlliyini və həm köhnə, həm də müasir şəhərin memarlığını xatırlayıram.
Və əlbəttə, Bakı mətbəxinin inanılmaz qoxularını duyuram, bu isə sadəcə fantastikadır. Mən səni sevirəm, Bakı!”.