28 Oktyabr 16:48
3 477

Əməkdar artist Aybəniz Haşımova Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşını tənqid edib.

Teleqraf.com xəbər verir ki, müğənni İnstaqramda bu sözləri yazıb: "Nikol Paşinyanın arvadı Anna Akopyan deyir ki, “13 qadından ibarət dəstə ilə məşqə başlayıb, bir neçə günə sərhədlərimizi qorumağa gedirik. Vətənimizi düşmənə təslim edə bilmərik". Bunlar xəstədirlər.

Siz hələ indiyə qədər başa düşmədiniz ki, nə qədər türk oğlu var və doğulur. Bizim torpaqlara yiyələnə bilməzsiniz. Nikol Paşinyan, arvadına bildir ki, ağlını başına yığsın! Analar qan yatızdırar, qan tökməz! Bu oğullarımız nə qədər var, Azərbaycan var olacaq!"


Müəllif: Rəqsanə Həsənova