30 Oktyabr 2020 13:33
15 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova "McDonalds", "Burger King", "Papa Johns" restoranlar şəbəkəsini boykot edib.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova İnstaqramda hekayə bölümündə foto paylaşaraq bu sözləri yazıb:

"Düzdür, bu gün "McDonalds" və "Burger King" bizim əsas problemimiz deyil, amma buna göz yumsaq, sabah digərləri də eyni səhvi edəcək. Ona görə boykot! Hər kəs ölkəmizin ərazi bütövlüyünə hörmət etməlidir".

Qeyd edək ki, "Mc Donalds" və "Burger King" şirkətləri ermənilərin təzyiqi ilə Azərbaycanla bağlı paylaşımları siliblər.


Müəllif: Rəqsanə Həsənova