İtaliyanın məşhur aktrisası Klaudiya Kardinale Azərbaycana dəstək olub.
Teleqraf.com xəbər verir ki, o, "Nargis magazine” jurnalının İnstaqram səhifəsində bu sözləri qeyd edib: “Bakı gecələri çox xoşuma gəldi. Şəhər işıq saçır, hər yerdə işıqlar var”.
Qeyd edək ki, Klaudiya Kardinale bir müddət əvvəl Bakıda qonaq olub. İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirib.
Lakin K.Kardinale bununla kifayətlənməyib və çəkildiyi “Çəhrayı pantera” filmi ilə Hollivudu da fəth edib.