Xalq artisti Faiq Ağayevin yaradıcılığının 32 ili tamam olur.
Teleqraf.com xəbər verir ki, xalq artisti feysbukda bu sözləri yazıb:
"Bu gün, Vətənimizdə Dirçəliş Günü qeyd olunan tarixdə 32 il tamam olur ki, canı-qəlbdən, bütün varlığımla sevdiyim sənətdəyəm.
İşğaldan azad olunmuş Azərbaycanın Xalq Artisti olmaq - tam ayrı bir duyğu, fərqli bir ləzzətdir! Bu illər ərzində əldə etdiyim ən böyük qazanc, ən miqyaslı nailiyyət, ən qiymətli xəzinəm sizsiniz - əziz, dəyərli, sevimli dinləyicilərim və tamaşaçılarım! Nə yaxşı ki, varımsınız! Milli Oyanış günümüz, Dirçəliş Bayramımız mübarək! Bayram bayrama qarışdı! Xoşbəxtəm!"