27 Noyabr 2020 12:48
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam sosial şəbəkədə son paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda bu sözləri deyib: "Bəzi şeylərə görə ürəyim partlayır, lakin evdən danışmağa icaz vermirlər. Deyirlər ki, nəyinə lazımdır, qarışma. Amma danışmasam oturduğum yerdə infarkt ola bilərəm.

Bəlkə bir veriliş açım, sonra da evdə və yaxın dostlarıma deyim ki, mənlik deyil, mövzunu rəhbərlik belə tapşırıb. Bu arada mənim əsəbimin səbəbini kim tapa bilər?!"

Qeyd edək ki, Xatirə İslam Fəxrəddin adlı şəxslə evlidir. Cütlüyün Emil adlı övladı var.


Müəllif: Rəqsanə Həsənova