28 Noyabr 2020 23:19
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan koronavirusa yoluxan dostlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan İnstaqramda hekayə bölümündə bəzi dostlarının virusa yoluxduğunu gizlətdiyini iddia edib:

"Sözüm koronavirusa yoluxan və fərqində olmayan, olsa belə gizlədən dostlarıma, tanışlarımadır. Nasazlıq hisa edəndə gizlətməyin, pozğunluq deyil. Evimizdə xəstə valideynlərimiz var. Sizin əlinizdən atama baş çəkə bilmirəm. Elə gizlədirsiniz ki, sanki sizi insan alverinə dəvət edəcəklər".


Müəllif: Rəqsanə Həsənova