28 Noyabr 2020 16:07
3 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Tünzalə xanım, ağ ciyərinizdə şiş aşkarlandı. Səhhətiniz necədir?

- Dördüncü dəfə bu xəstəliyə tutuldum, analiz vermişəm və nəticəsini gözləyirəm. Analizin cavabı dekabrın 1-də çıxacaq.

Gələn həftə Maqnetik Rezonans Tomoqrafiyaya (MRT) gedəcəm. Pandemiya dövründə də
Kimyaterapiyalarıma getmişəm. Milli Ankologiyanın həkimləri müalicəmi təmannasız edirlər, onlara təşəkkür edirəm. Kimyaterapiya altı dəfə alınır və sonra müəyyən vaxt keçir. Mən isə kimyaterapiya altı dəfə yox, 12 dəfə alıram, yarı bölünür. Çünki immunitetim həddən artıq aşağıdır. Məndə mədə yoxdur deyə heç nə yeyə bilmirəm. Kimyaterapiya dövründə də ümumiyyətlə iştah olmur. Yuxarıda qeyd etdiyim kimi ağciyərə görə analiz vermişəm. Birinci dəfə uşaqlıq boynunda, sonra isə linfalara yayıldı. Şüa götürdüm. Yenidən isə böyrək damarında aşkarlandı. Üç dəfə analizimin nəticəsi neqativ çıxdı. Xoşbəxtəm ki, hamısında sonu yaxşı oldu. İnşallah ki, ağciyərimdə də yenə müsbət cavab alacam. Həkimlərim də mənim sağalmağımı çox istəyirlər. İnanın ki, ağciyərimdə xərçəng aşkarlananda həkimim deyə bilmirdi. Gözü dola-dola dedi ki, axı, bu niyə sizdən əl çəkmir?!

- Siz üç dəfə bu xəstəliyə qalib gəlmisiniz. Bu dəfə də gözəl xəbərlər gözləyirik.

- Allahıma hər şeyə görə təşəkkür edirəm. Düzdür, yayda birinci və ikinci dəfə kimyaterapiya alanda yıxılmaq dərəcəsinə gəlmişdim. Yəni ki, həyatla vidalaşmaq vəziyyətinə gəlmişdim. Həkimlərim sağ olsunlar həyatımı xilas etdilər. Mən bununla yıxılmıram, əzilmirəm. Bu xəstəliyi daşıyan hər kəsə müsbət enerjimi ötürərək deyirəm ki, biz sağalacağıq. Artıq dördüncü dəfədir...Düzdür, yorulmuşam. Amma yenə də ayaq üstə dururam ki, inşallah sağalacam və dekabrın 1-də gözəl xəbərlər alacam.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər