Rusiyanın Xalq artisti Alla Puqaçova Azərbaycana dəstəyini nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, Alla Puqaçova "Nargis magazine" jurnalının İnstaqram hesabında təbrikini çatdırıb.
"Azərbaycan çox şeyi xatırladır, ilk növbədə sadə və bacarıqla göstərilən qonaqpərvərliyi. Mən buranı müxtəlif illərdə görmüşəm, köhnə, ecazkar və yenilənmiş, lakin hələ də bütün müasir gözəlliyi ilə valehedici olduğu anında.
Azərbaycan çox beynəlmiləl və dost bir ölkədir. Bir sözlə, gözəl olan hər şey Azərbaycanda var!"