Türkiyəli komediya aktyoru Cem Yılmaz özəl klinikaların birindən çıxarkən görüntülənib.
Teleqraf.com xəbər verir ki, yaxın günlərdə aktrisa Serenay Sarıkaya ilə münasibətinə son qoyan Cem Yılmaz media nümayəndələrinin səhhəti haqqında sualına sərt reaksiya göstərib.
"Səhhətim yaxşıdır, narahat olmayın... Diş klinikasından çıxmışam" - deyə o, cavab verib.