4 May 2014 19:50
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova son vaxtlar bəzi saytlarda yayılan toy qiyməti ilə bağlı xəbərə əsəbiləşib.

Sənətçi yarım saat çıxış üçün 2500 manat qonorar tələb etməsini yalan adlandırıb:

“Bu, üç-dörd il əvvəlki qiymətdir. Hazırda toya yarım saat üçün 2500 manata yox, ondan iki qat baha gedirəm. Toy qiymətini yazanda məndən soruşsalar, daha yaxşı olar. Çünki o xəbərdən sonra toy sahibləri ilə aramda problem yaşanıb. Hər kəs məndən qiyməti həmin məbləğə endirməyimi istəyir. Bu isə doğru deyil” /Axsam.az/


Müəllif: