Müğənni Gülay Zeynalova keçmiş həyat yoldaşı, idmançı Kamil Zeynallının həbs edilməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Gülay Zeynalova Kamil Zeynallı ilə qızının fotosunu İnstaqramda paylaşaraq
"Qızım atan əsgər getdi, tez gələcək. Cavab: mama, bəs deyirdin, müharibə qurtardı. İlk dəfə idi, qızıma verəcək, cavabım olmadı. Allah heç bir valideyni övlad qarşısında aciz etməsin" sözlərini yazıb.
Qeyd edək ki, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisindən işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib.
Haqqında 30 sutka inzibati həbs qərarı verilib.