Məşhur Hollivud ulduzu Tom Kruz "Mission Impossible 7" filminin çəkilişləri zamanı gərgin anlar yaşayıb.
Teleqraf.com xəbər verir ki, aktyor çəkiliş meydançasında koronavirusdan qorunmaq qaydalarına riayət etməyənləri sərt şəkildə tənqid edib: "Bir daha tədbirli olmasanız hamınız rədd olub gedərsiniz!"
Qeyd edək ki, "Mission Impossible 7" filminin çəkilişləri koronavirusa görə martdan dayandırılmışdı.