21 Oktyabr 2014 10:17
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur stilist Oscar De la Renta Konnektikutdaki evində dünyasını dəyişib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 82 yaşlı De la Rentanın ölüm səbəbi hələ dəqiqləşməyib.

Amerika moda ikonu sayılan De la Renta Dominikan əsillidir. O, Jakquelin Kennedidən Laura Buşa qədər ABŞ “First Lady”lərinin bir nömrəli stilisti olub.

Xatırladaq ki, məşhur stilist son olaraq aktyor Corc Kluney ilə evlənən vəkil Amal Alamuddinin gəlin paltarının dizaynı ilə də gündəmə gəlmişdi.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər