Məşhur idmançı Kamil Zeynallı həbsdən çıxıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, dekabrın 14-də bir ay müddətinə inzibati qaydada həbs olunan idmançı vaxtından əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, Kamil Zeynallı Göygöl rayonu ərazisindən işğaldan azad edilən ərazilərə getməyə cəhd etmişdi. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib.
Haqqında 30 sutka inzibati həbs qərarı verilmişdi.